Əsas məzmuna keç

1600 hektar ərazi minalardan təmizləndi

1600 hektar ərazi minalardan təmizləndi

ANAMA tərəfindən işğaldan azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı minatəmizləmə əməliyyatları yekunlaşıb. Hansı bölgələr təhlükəsiz elan olundu?

ru en

Azad olunan ərazilərdə iyunun 8-dən 15-dək 22 tank əleyhinə mina, 29 piyada əleyhinə mina, 497 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

“Operativ Məlumat Mərkəzi-OMM”-in xəbərinə görə, bu barədə Minatəmizləmə Agentliyinin (ANAMA) azad ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 1668.8 ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, , Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…