Konqres, aşağı gəlirli amerikalılara yaza qədər internet xərclərini ödəməyə imkan verən Əlverişli Ünsiyyət Proqramını maliyyələşdirməyin yolunu tapa bilməsə, 22 milyon ABŞ sakini ölkə prezident seçkiləri ərəfəsində internetsiz qala bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
“Əgər maliyyə vəsaiti tükənərsə, milyonlarla amerikalı rabitəsiz qalacaq”,- deyə deputat Doris Matsui Politico-ya bildirib.
Qeyd edək ki, ABŞ-da prezident seçkilərinin 2024-cü il noyabrın 5-də keçirilməsi planlaşdırılır.