Operativ Məlumat Mərkəzi

Milli Məclisin deputatları İtaliyaya gedəcəklər

1 dəq
Paylaş:
Milli Məclisin deputatları İtaliyaya gedəcəklər
bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Deputatlar səfər çərçivəsində İtaliya parlamentində keçiriləcək bir...

Milli Məclisin deputatları - Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli oktyabrın 16-da İtaliyanın paytaxtı Roma şəhərinə səfər edəcəklər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Deputatlar səfər çərçivəsində İtaliya parlamentində keçiriləcək bir sıra ikitərəfli görüşlərdə iştirak edəcəklər.

Səfər oktyabrın 20-də başa çatacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər