Əsas məzmuna keç

Milli Məclisin Aqrar siyasət komitəsi ötən sessiyada 15 məsələyə baxıb

Milli Məclisin Aqrar siyasət komitəsi ötən sessiyada 15 məsələyə baxıb

bunu komitənin sədri Tahir Rzayev qurumun iclasında bildirib."Bu müzakirələrdə əsas diqqət aqrar sektorla bağlı qanunların və qanunvericilik aktlarının...

en ru

Milli Məclisin Aqrar komitəsi ötən sessiyada 11 iclas keçirib, 15 məsələyə baxıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu komitənin sədri Tahir Rzayev qurumun iclasında bildirib.

"Bu müzakirələrdə əsas diqqət aqrar sektorla bağlı qanunların və qanunvericilik aktlarının dəyişdirilməsinə, onlara əlavələrin edilməsinə yönəldilib. Məcəlləsi, "Taxıl haqqında", "Fitosanitar nəzarəti haqqında", " haqqında", "Ailə kəndli təsərrüfatı haqqında", "Arıçılıq haqqında", "Kənd təsərrüfatı kooperasiyası haqqında", "Torpaq bazarı haqqında", "Torpaq icarəsi haqqında", " haqqında", "Dənizçilik haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Aqrar sığorta haqqında" qanunlara dəyişiklik və edilib. Bu dövrdə iki mühüm qanun layihəsini də müzakirəyə çıxarmışıq. Bunlar "Toxumçuluq haqqında" və "Bağçılıq haqqında" qanun layihələridir. Onlar ölkə Prezidentinin bu il mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə söylədiyi vəzifələrdən, eləcə də "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin icrasından yaranıb", - deyə o qeyd edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…