Milli Məclisdə Qazaxıstan neftinin Azərbaycan ərazisindən nəql olunması məsələləri müzakirə edilib

Milli Məclisdə Qazaxıstan neftinin Azərbaycan ərazisindən nəql olunması məsələləri müzakirə edilib
18.01.2024 16:47
Aa
dəq

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın ölkəmizdəki səfiri ilə Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi, Xəzər dənizinin dibi ilə fiberoptik rabitə xəttinin çəkilməsi, Qazaxıstandan neftin Azərbaycan ərazisindən nəql olunması məsələlərini müzakirə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayellə görüşən spiker xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin böyük tarixə malik olduğunu, əlaqələrimizin ümumi dəyərlərin, ortaq tarix, din, dil əsasında uğurla inkişaf etdiyini diqqətə çatdırıb.

Sahibə Qafarova deyib ki, həm Azərbaycan, həm də Qazaxıstan müstəqil ölkə kimi zəngin dövlətçilik ənənələri üzərində qurulub və bu gün həmin ənənələrə əsaslanaraq, öz inkişaflarını davam etdirirlər.

Milli Məclisin sədri qeyd edib ki, ölkə başçılarımız arasında əlaqələr münasibətlərimizin inkişafında böyük rol oynayır. Görüşdə qarşılıqlı səfərlərin, keçirilən görüşlərin və tərəflər arasında imzalanan sənədlərin əməkdaşlığın daha da genişlənməsinə töhfələri vurğulanıb. Söhbət zamanı Azərbaycanla Qazaxıstanın beynəlxalq təşkilatlarda, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində səmərəli əməkdaşlıq etdiyi vurğulanıb.

Milli Məclisin sədri parlamentarilərin öz xalqlarını təmsil etdiklərini, bu baxımdan qanunverici orqanlar arasında əlaqələrin daha da dərinləşməsinin ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da genişlənməsinə töhfə verdiyini qeyd edib. Bildirilib ki, Azərbaycan Milli Məclisinin Qazaxıstan Respublikasının Parlament Məclisi və Senatı ilə yüksək səviyyəli münasibətləri var. Tərəflər həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirlər. Bu mənada, dostluq qruplarının uğurlu fəaliyyəti də qeyd edilib.

S.Qafarova görüşdə Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi, suverenliyimizin bərpası məsələlərindən danışıb. O, təəssüflə dünyada ikili standartların mövcud olduğunu bildirərək, qeyd edib ki, bu gün Azərbaycanın qazandığı nailiyyətləri həzm edə bilməyən bəzi dövlətlər ölkəmizə qarşı qərəzli, ədalətsiz mövqedən çıxış edirlər. Biz Fransanın son dövrlərdə Azərbaycana qarşı mütəmadi hal alan davranışlarında bunu aydın şəkildə görürük. Spiker Fransa Senatının bir neçə gün öncə qəbul etdiyi sonuncu qətnaməsini ikiüzlülüyün bariz nümunəsi adlandıraraq, deyib ki, Fransa bu cür addımları ilə beynəlxalq hüququn normalarına və prinsiplərinə də açıq hörmətsizlik nümayiş etdirir.

Qazaxıstan Respublikasının ölkəmizdəki səfiri Alim Bayel də ölkələrimiz arasında münasibətlərin dinamik inkişafından məmnunluğunu bildirərək, dövlət başçılarımızın uğurlu fəaliyyətinin və qarşılıqlı səfərlərinin bu əlaqələrə töhfə verdiyini deyib. O, səfir kimi fəaliyyətində ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Söhbətdə Azərbaycan və Qazaxıstan arasında humanitar sahədə də əməkdaşlığın inkişaf etdiyi bildirilərək, vurğulanıb ki, bu istiqamətdə keçirilən tədbirlər xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına töhfə verir. Qeyd olunub ki, ötən il Azərbaycanda Qazaxıstan Mədəniyyət Günləri keçirilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Həftənin ən çox oxunanları

Ramazan bayramı ilə əlaqədar iş və istirahət günlərinin yerləri dəyişdirilib

Ramazan bayramı ilə əlaqədar iş və istirahət günlərinin yerləri dəyişdirilib
DAVAMIN OXU davamın oxu

Akif Əli Zadə “Azərbaycan Respublikası Prezidentinin fəxri diploma” ilə təltif edilib

Akif Əli Zadə “Azərbaycan Respublikası Prezidentinin fəxri diploma” ilə təltif edilib
DAVAMIN OXU davamın oxu

FHN silsilə maarifləndirmə tədbirləri keçirib

FHN silsilə maarifləndirmə tədbirləri keçirib
DAVAMIN OXU davamın oxu

Dövlət Komissiyası: Azad olunan ərazilərdə indiyədək 13 kütləvi məzarlıq aşkarlanıb

Dövlət Komissiyası: Azad olunan ərazilərdə indiyədək 13 kütləvi məzarlıq aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin kollektivinə təqdim olunub

Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin kollektivinə təqdim olunub
DAVAMIN OXU davamın oxu