Əsas məzmuna keç

Milli Məclisdə boşanmalarla bağlı dinləmənin keçirilməsi təklif olunur

Milli Məclisdə boşanmalarla bağlı dinləmənin keçirilməsi təklif olunur

Parlamentdə boşanmalarla bağlı dinləmənin keçirilməsi təklif olunur. Bu təkliflə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, deputat...

Parlamentdə boşanmalarla bağlı dinləmənin keçirilməsi təklif olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu təkliflə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, deputat Sədaqət Vəliyeva komitənin yanvarın 23-də keçirilən iclasında deyib.

O, Dövlət Statistika Komitəsinin hesabatlarında ölkədə boşanmaların sayının artdığını qeyd edərək bu cür müzakirəyə zərurət yarandığını söyləyib: “Hesab edirəm ki, aidiyyəti dövlət qurumları ilə birlikdə boşanmaların sayının artmasında əsas olan səbəbləri müzakirə etməliyik”.

Komitə sədri Hicran Hüseynova isə vurğulayıb ki, dinləmədə təkcə boşanmaları yox, eləcə də başqa vacib məsələləri birləşdirib müzakirə etmək olar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…