Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Milli Məclis Belçika və Niderlandla fəaliyyəti dayandırır

2 dəq
Paylaş:
Milli Məclis Belçika və Niderlandla fəaliyyəti dayandırır

Milli Məclisin Belçika və Niderland parlamentləri ilə işçi qrupunun fəaliyyətinin dayandırılmasına dair təklif irəli sürülüb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentin aprelinn 21-də keçirilən lenar iclasında deyib.

Çıxışında sözügedən ölkələrin parlamentlərinin Azərbaycanla bağlı qərəzli qətnamələrini pisləyən E.Mirzəbəyli qeyd edib ki, həmin sənədlər nə hüquqi əsaslara, nə də regiondakı real vəziyyətə söykənir:

"Bu sənədlər siyasi manipulyasiya nümunəsi olmaqla yanaşı, hüququn prinsiplərinə selektiv və riyakar yanaşmanın, açıq qərəzin, siyasi aqressiyanın növbəti təzahürüdür. Qətnamələrdə suverenlik və ərazi bütövlüyü prinsiplərinə istinad edildiyi halda, Azərbaycanın guya ərazilərini işğal etməsi kimi tamamilə əsassız iddiaların irəli sürülməsi sözügedən qərəzli kağız parçalarının mahiyyətini ortaya qoyur. Bu, təkcə ziddiyyət deyil, faktların məqsədyönlü şəkildə təhrif olunmasıdır".

də Belçika və Niderland parlamentlərinin Azərbaycanla bağlı məlum qətnamələrini pisləyərək həmin sənədlərdə regiondakı müsbət proseslərə toxunulmadığını vurğulayıb.

O bildirib ki, adətən, demokratiyanı pozan, insan hüquqlarına hörmətsiz yanaşanlar bu məsələlər barəsində daha çox danışanlar:

"Həmin bu ölkələrin parlamentində heç bir dəfə də müasir dövrdə, keçmişdə, yaxın tariximizdə yeni müstəmləkəçilik siyasəti və yaxud, keçmiş müstəmləkəçilik siyasətləri haqqında danışmırlar. Ancaq başqalarına barmaq uzatmaq, başqalarının təqsirini axtarmaqla məşğuldurlar".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax