Əsas məzmuna keç

"Milan" "Flamenqo"nun futbolçusu üçün 15 milyon avro təklif edir

"Milan" "Flamenqo"nun futbolçusu üçün 15 milyon avro təklif edir

İtaliya klubu braziliyalı yarımmüdafiəçi Everton Arauxonu heyətinə qatmaq niyyətindədir.

en ru

İtaliyanın futbol klubu "Milan" heyətini gücləndirmək üçün bazarında axtarışlarını davam etdirir.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, klubun diqqət mərkəzində olan əsas oyunçulardan biri ""nun gənc və istedadlı yarımmüdafiəçisi Arauxodur.

"Milan" rəhbərliyi 23 yaşlı futbolçunun transferi üçün 15 milyon ödəməyə hazırdır.

Avropa futbolunda parlaq gələcək vəd edən Arauxonun potensialı italyan skautlarının diqqətindən yayınmayıb.

Qeyd edək ki, futbolçu 2022-ci ildən etibarən "Flamenqo"nun şərəfini qoruyur.

Buna baxmayaraq, Braziliya təmsilçisi oyunçunu bu məbləğə satmağa tələsmir.

Klub rəhbərliyi 15 milyon avroluq təklifi hələlik kifayət qədər qənaətbəxş hesab etmir.

Bundan əlavə, yarımmüdafiəçiyə maraq göstərən digər klubların da olması "Flamenqo"nun mövqeyini daha da gücləndirir və transfer prosesinin çətinləşə biləcəyini göstərir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…