Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran XİN Pakistana təşəkkür etdi: Atəşkəs şərtləri açıqlandı

2 dəq
Paylaş:
İran XİN Pakistana təşəkkür etdi: Atəşkəs şərtləri açıqlandı

Bölgədəki hərbi münaqişəyə son qoymaq səyləri fonunda İranın naziri Abbas Əraqçi İslam Respublikası adından Pakistanın Şərifəfeldmarşal Asim Munirə rəsmi təşəkkürünü bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Abbas Əraqçi özünün "X" hesabında yazıb.

"İran İslam Respublikası adından bölgədəki müharibəyə son qoymaq üçün göstərdikləri yorulmaz səylərə görə əziz qardaşlarım, Pakistanın Baş Naziri ŞərifəFeldmarşal Munirə təşəkkür və minnətdarlığımı bildirirəm", - deyə məktubda qeyd olunub.

Nazir əlavə edib: "İrana qarşı hücumlar dayandırılarsa, Silahlı Qüvvələrimiz öz müdafiə əməliyyatlarını dayandıracaq. İki həftə müddətində İranın Silahlı Qüvvələri ilə koordinasiya vasitəsilə və texniki məhdudiyyətlər lazımi qaydada nəzərə alınmaqla Hörmüz boğazından təhlükəsiz keçid mümkün olacaq".

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Tehran tərəfindən Hörmüz boğazının tam, dərhal və təhlükəsiz şəkildə açılması şərti ilə İrana qarşı bombardmanları və hücumu iki həftəlik dayandırmağa hazır olduğunu açıqlayıb. Bundan sonra İranın Ali Milli Şurası (AMTŞ) ABŞ üzərində qələbə qazandıqlarına dair bəyanat yayıb.

Xatırladaq ki, ABŞİsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Elə həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran İsrail ərazisinə raket atıb və Körfəz ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib. Vəziyyətlə əlaqədar olaraq regionun bəzi dövlətləri hava məkanını müvəqqəti bağlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax