İranın Ali Milli Təhlükəsizlik Şurası (AMTŞ), ABŞ üzərində qələbə qazandığını bəyan edərək, Ağ Evin qəbul etdiyi iddia olunan şərtləri açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM”-in "Fars" Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ Prezidenti Donald Tramp Tehranın 10 bəndlik təklifini qəbul edib.
Bəyanatda vurğulanır ki, düşmən İran xalqına qarşı apardığı müharibədə sarsıdıcı məğlubiyyətə uğrayıb və İslam Respublikası Amerikanı bu 10 maddəlik planı qəbul etməyə məcbur edib.
AMTŞ tərəfindən açıqlanan və Ağ Evə təqdim edilən planda ABŞ-ın aşağıdakı öhdəlikləri götürdüyü iddia olunur:
- Amerika tərəfindən təcavüz edilməməsi;
- İranın Hörmüz boğazı üzərindəki nəzarətinin davam etməsi;
- Uranın zənginləşdirilməsinin qəbul edilməsi;
- Bütün sanksiyaların ləğv olunması;
- BMT Təhlükəsizlik Şurası və Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə qəbul olunan bütün qətnamələrə son qoyulması;
- İrana dəymiş zərərin ödənilməsi;
- ABŞ ordusunun bölgədən çıxarılması;
- Bütün cəbhələrdə, o cümlədən Livanın islami müqavimətinə ("Hizbullah") qarşı müharibənin dayandırılması.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp, Tehran tərəfindən Hörmüz boğazının tam, dərhal və təhlükəsiz şəkildə açılması şərti ilə İrana qarşı bombardmanları və hücumu iki həftəlik dayandırmağa hazır olduğunu açıqlayıb.