Əsas məzmuna keç

Tokayev Yaxın Şərqdə atəşkəsi alqışladı

Tokayev Yaxın Şərqdə atəşkəsi alqışladı

Kasım-Jomart Tokayev Donald Tramp, İran və Pakistanın vasitəçiliyi ilə əldə olunan sülh sazişini dəstəkləyib. Aybek Smadiyarovun açıqladığı detallar xəbərdə.

en ru

Qazaxıstan Prezidenti Kasım-Jomart , qlobal diqqət mərkəzində olan Yaxın Şərqdə tam atəşkəs və barışıq barədə razılaşmanın əldə olunmasını rəsmən alqışlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Qazaxıstan Prezidentinin mətbuat katibi Smadiyarov bu barədə məlumat yayaraq bildirib: " Kasım-Jomart Tokayev, Pakistanın Baş naziri Şahbaz Şərifin və Pakistan Silahlı Qüvvələrinin baş komandanı feldmarşal Asim Munirin vasitəçiliyi ilə Yaxın Şərqdə tam atəşkəs və barışıq barədə razılaşmanın əldə olunmasını alqışlayır".

Rəsmi bəyanatda xüsusi vurğulanıb ki, bu tarixi razılaşma Prezidenti Trampın və İranın ali rəhbərliyinin, eləcə də hərbi münaqişəyə cəlb olunmuş bütün ölkələrin xoş iradəsi və müdrikliyi sayəsində mümkün olub. Sonda K.Tokayev qlobal ticarətin inkişafı və bütün dövlətlərin iqtisadi rifahı məqsədilə əldə olunmuş bu barışığın uzunmüddətli xarakter daşıyacağına ümid etdiyini diqqətə çatdırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…