Əsas məzmuna keç

Məsud Pezeşkian sərt xəttçiləri mitinqlərdən kənarlaşdırdı

Məsud Pezeşkian sərt xəttçiləri mitinqlərdən kənarlaşdırdı

İranda Məhəmməd Bağır Qalibaf və Məsud Pezeşkianın təşəbbüsü ilə Paydari Cəbhəsinin təzyiqlərinə son qoyulur: ABŞ ilə nüvə danışıqlarında yeni mərhələ başlayır.

en ru

İranda ABŞ ilə davam edən danışıqlar fonunda hökumətyönlü mitinqlərdə bəzi sərt xətt tərəfdarlarının iştirakına məhdudiyyət qoyulduğu bildirilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “ International” məlumat yayıb.

Məlumata görə, ultra-mühafizəkar mövqeyi ilə tanınan Paydari Cəbhəsinin tərəfdarları bu həftənin əvvəlində keçirilən dövlət dəstəkli gecə mitinqlərindən uzaqlaşdırılıblar.

Bildirilir ki, bu qərar və parlament sədri Bağır Qalibafın müraciətlərindən sonra qəbul edilib. Məqsədin ABŞ ilə danışıqların davam etdiyi bir vaxtda daxili siyasi gərginliyin və sərt xətt təzyiqlərinin qarşısını almaq olduğu qeyd olunur.

“Iran International”ın məlumatına əsasən, nüvə proqramı ilə bağlı mümkün güzəştlərə qarşı şüarlar yazılmış plakatlar daşıyan etirazçılar da hökumətyönlü tədbirlərdən uzaqlaşdırılıb.

Müşahidəçilər hesab edirlər ki, bu addım İran rəhbərliyinin xarici siyasətlə bağlı həssas danışıqlar dövründə daxili siyasi mesajlara daha ciddi nəzarət etməyə çalışdığını göstərir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…