“İran nüvə silahı yaratmağa çalışmır”.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian İslam İnqilabının 47-ci ildönümü münasibətilə xalqa müraciətində bildirib.
Dövlət başçısı İranın nüvə silahı inkişaf etdirmək niyyətində olmadığını vurğulayıb və bunu təsdiqləmək üçün istənilən yoxlamaya hazır olduqlarını bəyan edib.
“Biz nüvə silahı yaratmağa çalışmırıq. Biz bunu dəfələrlə bildirmişik və istənilən yoxlamaya hazırıq”, – deyə Pezeşkian bildirib.