Müstəqil Dövlətlər Birliyinin (MDB) növbəti sammiti Türkmənistanın Xəzər sahilində yerləşən Avaza milli turizm zonasında işinə başlayıb. Yüksək səviyyəli beynəlxalq tədbirdə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian da iştirak edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İran Prezidenti MDB Dövlət Başçıları Şurasının geniş tərkibli iclasına fəxri qonaq qismində qatılıb. Bu, Birlik tarixində təşkilata üzv olmayan xarici dövlət başçısının MDB sammitinin geniş tərkibli iclasında iştirak etdiyi ilk analoji hadisə kimi qiymətləndirilir.
Aşqabad və Tehran arasında əldə olunmuş razılaşmalara əsasən, M.Pezeşkianın sammit çərçivəsində regional təhlükəsizlik, nəqliyyat-logistika koridorlarının inkişafı, enerji əməkdaşlığı, həmçinin Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə çıxış etməsi və bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.