Əsas məzmuna keç

Nicat Abasov və Gövhər Beydullayeva Türküstan çempionatında qızıl qazandı

Nicat Abasov və Gövhər Beydullayeva Türküstan çempionatında qızıl qazandı
— Foto: idman.biz

Azərbaycan şahmatçıları Qazaxıstanın Türküstan şəhərində keçirilən çempionatda birinci yeri tutduqdan sonra Vətənə qayıdıblar.

en ru tr

şahmatçıları Nicat Abasov və Gövhər Beydullayeva Qazaxıstanın şəhərində keçirilən çempionatda qızıl medal qazandıqdan sonra Vətənə qayıdıblar.

Hava limanında idmançıları Azərbaycan Şahmat Federasiyasının nümayəndələri, valideynləri və media təmsilçiləri qarşılayıblar.

Noyabrın 20-dən 28-dək Türk Şahmat Assosiasiyasının təşkilatçılığı ilə keçirilən çempionatda Azərbaycan təmsilçiləri həm kişilərin, həm də qadınların yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Nicat Abasov və Gövhər Beydullayevanın qələbələri sayəsində çempionatın bağlanış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni iki dəfə səsləndirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…