Əsas məzmuna keç

Məsud Pezeşkian AŞƏT-in baş katibi ilə görüşdü

Məsud Pezeşkian AŞƏT-in baş katibi ilə görüşdü

İran prezidenti Məsud Pezeşkian Türkmənistanda Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Nurlan Yermekbayevlə görüşüb.

en ru

Türkmənistanda keçirilən yüksəksəviyyəli beynəlxalq tədbirlər çərçivəsində İran İslam Respublikasının Prezidenti ilə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Nurlan Yermekbayev arasında ikitərəfli görüş baş tutub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüşdə İranın ŞƏT-ə tamhüquqlu üzvlüyü çərçivəsində təşkilatla əməkdaşlığının hazırkı vəziyyəti, təhlükəsizlik, iqtisadiyyat və nəqliyyat-logistika sahələrində birgə layihələrin icrası məsələləri ətraflı müzakirə edilib.

M.Pezeşkian İranın ŞƏT çərçivəsində regional inteqrasiyanın dərinləşdirilməsinə və çoxqütblü dünya nizamının möhkəmləndirilməsinə mühüm töhfə verməyə hazır olduğunu bildirib. ŞƏT-in Baş katibi Nurlan Yermekbayev isə Tehranın təşkilat daxilindəki fəal rolunu və regional təhlükəsizliyin təmin olunmasındakı konstruktiv mövqeyini yüksək qiymətləndirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…