Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

“Qiyamət buzlağı”nın əriməsi altı ölkə üçün ciddi təhlükə yaradır

2 dəq
Paylaş:
“Qiyamət buzlağı”nın əriməsi altı ölkə üçün ciddi təhlükə yaradır

Dünyanın ən təhlükəli buzlaqlarından biri hesab olunan və "Qiyamət buzlağı" kimi buzlağının əriməsi qlobal miqyasda ciddi vəd edir. "Daily Express" nəşrinin məlumatına görə, buzlağın Antarktida sahillərindən qopması və ya ərimə sürətinin artması xüsusilə altı ölkə üçün kritik risklər yaradır.

Təhlükə ilə üzləşən :

  • Birləşmiş Krallıq
  • Hollandiya
  • ABŞ
  • Banqladeş
  • Tuvalu
  • Maldiv adaları

Mütəxəssislər qeyd edirlər ki, bu dövlətlərdə bir çox sahilyanı şəhərlər və bütöv ada əraziləri su altında qalma təhlükəsi ilə qarşı-qarşıyadır. Thwaites buzlağı Qərbi Antarktika buz təbəqəsinin sabitliyini qoruyan mühüm bir "tıxac" funksiyasını yerinə yetirir. Onun çökməsi daha geniş miqyaslı buz itkisinə yol aça bilər.

Amundsen dənizində və təxminən 192 min kvadrat kilometr sahəyə malik olan bu buzlaq, təxminən Böyük Britaniya adasına yaxın ölçüdədir və 120 kilometrlik okeanla təmas xəttinə sahibdir. Ekspertlərin hesablamalarına əsasən, buzlağın tamamilə çökməsi dünya okean səviyyəsinin 3,3 metr yüksəlməsinə gətirib çıxara bilər ki, bu da qlobal ekoloji böhranın əsas səbəblərindən biri kimi qiymətləndirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax