Əsas məzmuna keç

Meksikada meşə yanğınları davam edir

Meksikada meşə yanğınları davam edir

Milli Meşə Komissiyası (Conafor) 9 fərqli nöqtədə meşə yanğınlarının başladığını və yanğınları söndürmək üçün 288 məmurun dayanmadan çalışdığını...

Meksikanın Çihuahua əyalətində yanğınları davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, Milli Meşə Komissiyası (Conafor) 9 fərqli nöqtədə meşə yanğınlarının başladığını və yanğınları söndürmək üçün 288 məmurun dayanmadan çalışdığını açıqlayıb.

Conafor, alovların 7 min 451 sahədə təsirli olduğunu və bu qədər aparılan işlər ilə bəzi bölgələrdə yanğının yarıya qədər azaldığını bildirib.

Yanğınlar azalsa da, tam söndürülməyib.

Digər tərəfdən, Meksikanın Hidalqo və Verakruz əyalətlərində bir müddət əvvəl başlayan yanğınlar azalsa da, hələ də tam nəzarət altına alınmayıb.

Bölgədə helikopter və yanğınsöndürən təyyarələrin işi davam edir.

Conafor bu ştatlarda meşə yanğınları nəticəsində 40 min hektardan çox ərazinin zərər gördüyünü bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…