Əsas məzmuna keç

Almaniyada meşə yanğını səbəbindən 2 min nəfər təxliyə edildi

Almaniyada meşə yanğını səbəbindən 2 min nəfər təxliyə edildi

Şimali Reyn-Vestfaliya əyalətindəki Hürtgenvald qəsəbəsində 300 hektar ərazi alov içindədir. Almaniya ordusunun tanklarla müdaxilə etdiyi yanğının təfərrüatı.

en ru

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində Hürtgenvald qəsəbəsində baş verən yanğınının yaşayış ərazilərinə yaxınlaşması səbəbilə təxminən 2 min nəfərin təxliyəsinə başlanılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bələdiyyənin açıqlamasına görə, alovlar Gey məhəlləsinə təxminən 200 metr məsafəyə qədər yaxınlaşıb. Bu səbəbdən ərazidə yaşayan sakinlərin təhlükəsiz şəkildə təxliyə edilməsinə qərar verilib.

təxliyə zamanı indiyədək hər hansı ciddi problem yaşanmadığını bildirib.

Sakinlərə özləri ilə yalnız zəruri şəxsi əşyalarını, şəxsiyyət sənədlərini və dərmanlarını götürmələri tövsiyə olunub.

Bələdiyyə həmçinin güclü tüstü səbəbilə ağız və burunların parça, geyim və ya maska ilə örtülməsini, eləcə də yanğın bölgəsindən uzaq durulmasını istəyib.

Yanğın nəticəsində bələdiyyə ərazisində təxminən 300 meşə sahəsinin zərər gördüyü bildirilir. Bu, təxminən 420 futbol meydançasının sahəsinə bərabərdir.

Yanğının söndürülməsi işlərinə ordusu da cəlb olunub. Hərbçilər alovla mübarizə aparmaq üçün bölgəyə tanklar göndərib.

Məlumat üçün bildirək ki, Almaniya-Belçika sərhədinin yaxınlığında yerləşən Hürtgenvald qəsəbəsində təxminən 9 min nəfər yaşayır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…