Operativ Məlumat Mərkəzi

Məhkum övladı ilə görüşə gələn qadının üzərində psixotrop maddələr aşkarlanıb

1 dəq
Paylaş:
Məhkum övladı ilə görüşə gələn qadının üzərində psixotrop maddələr aşkarlanıb

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Penitensiar xidmətindən məlumat verilib.

Bildirilib ki, məhkum Orxan Akif oğlu Azayevlə görüşə gəlmiş anasının üzərinə baxış keçirilən zaman ümumi çəkisi 2,290 qram müxtəlif növ psixotrop maddələr aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

"Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır", - deyə məlumatda qeyd edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər