Əsas məzmuna keç

Məhkuma göndərilən bağlamada narkotik maddələr aşkarlanıb

Məhkuma göndərilən bağlamada narkotik maddələr aşkarlanıb

Penitensiar xidmətin əməliyyatçıları 1 saylı cəzaçəkmə müəssisəsi və Bakı istintaq təcridxanasında heroin, marixuana və metamfetaminin ötürülməsini önləyib.

en ru


1 cəzaçəkmə müəssisəsində məhkuma poçt vasitəsilə göndərilmiş bağlamada aşkarlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, bəzi hallarda vətəndaşlar tərəfindən müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsinə və ya ötürülməsinə cəhd göstərilir. Belə ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin aparatının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində belə cəhdlərdən daha bir neçəsi aşkarlanaraq qarşısı alınıb.

1 saylı cəzaçəkmə müəssisəsində məhkuma poçt vasitəsilə göndərilmiş bağlamaya baxış keçirilərkən orada olan tərliyin daban hissəsində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,543 qram qurudulmuş marixuana, 0,716 qram və 0,567 qram metamfetamin aşkar edilib.

Həmçinin Bakı istintaq təcridxanasında həbs edilmiş şəxs üçün həyat yoldaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilərkən geyimin üzərində xüsusi üsulla tikilərək gizlədilmiş ümumilikdə 4 ədəd bükülüdə 0,888 qram heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

"Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi cinayət məsuliyyətinə səbəb olur", - məlumatda qeyd edilib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…