Əsas məzmuna keç

6 saylı cəzaçəkmə müəssisəsində yanğın baş verib

6 saylı cəzaçəkmə müəssisəsində yanğın baş verib

Penitensiar xidmətin həbsxanasında alov qeydə alınıb. FHN və Ədliyyə Nazirliyi məhkumların son durumu barədə rəsmi məlumat yaydı. Hadisənin təfərrüatları burada.

en ru

Ədliyyə Nazirliyinin xidmətinin 6 cəzaçəkmə müəssisəsinin ərazisində yanğın hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ədliyyə və Fövqəladə Hallar Nazirliklərinin birgə məlumatında deyilib.

Bildirilib ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub, yanğın qısa müddət ərzində nəzarətə götürülərək tam söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, məhkum və şəxsi heyətin təhlükəsizliyinin tam təmin olunması istiqamətində zəruri addımlar atılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…