Mavritaniya İslam Respublikasında prezident seçkiləri keçirilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, beş illik müddətə namizəd olan hazırkı prezident Məhəmməd Ould Şeyx əl-Qəzvani seçkilərin favoritidir.
Ən yüksək vəzifəyə müstəqil namizədlər Biram Abeid, Utuma Sumara, Mohamed Al-Amin Murtaja al-Vafi, Hamadi Ould Sidi al-Mohtar, Mohamed Embarak və Mamadu Bukara iddia edirlər.
İki həftə davam edən seçki kampaniyası zamanı ən yüksək vəzifəyə namizədlər seçki proqramlarını təqdim etdikləri sosial şəbəkələrdən fəal istifadə etdilər.