Əsas məzmuna keç

Polşada ukraynalılara qarşı münasibət pisləşir: Yeni hesabatda narahatedici məqamlar

Polşada ukraynalılara qarşı münasibət pisləşir: Yeni hesabatda narahatedici məqamlar

Polşadakı qeyri-hökumət təşkilatının araşdırmasına görə, ukraynalı qaçqınlar gündəlik həyatda artan ayrı-seçkilik və düşmənçiliklə üzləşirlər.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Polşanın nüfuzlu qeyri-hökumət təşkilatı “Instytut Krytyki Politycznej” tərəfindən yeni hesabat dərc olunub. Sənəd ölkədə ukraynalılara qarşı ictimai münasibətdə 2025-ci ilin əvvəlindən etibarən ciddi dəyişikliklərin baş verdiyini ortaya qoyur.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, “We Are Not at Home: Ukrainian Migrants and Refugees on Relations with Poles” adlı hesabat Polşada ukraynalı miqrant və qaçqınların sosial vəziyyətini təhlil edir.

Məlumata görə, tədqiqatın müəllifləri — üzrə tədqiqatçı Olena Babakova və sosioloq Pzemyslav Sadura — ukraynalılara qarşı mənfi münasibətin artıq yalnız sosial şəbəkələrlə məhdudlaşmadığını bildiriblər.

Qeyd olunub ki, sorğuda iştirak edən 25 ukraynalının demək olar ki, hamısı ictimai məkanlarda, iş yerlərində və təhsil müəssisələrində onlara qarşı mənfi münasibətin artdığını müşahidə etdiklərini deyiblər.

Bildirilib ki, ukraynalı respondentlər ən çox , mənzil kirayəsi, işə qəbul və səhiyyə xidmətləri sahələrində ayrı-seçkiliklə qarşılaşdıqlarını qeyd ediblər. Xüsusilə dilində danışan və ya aksentlə danışan şəxslərə qarşı şifahi təhqir və hədə-qorxu hallarının olduğu vurğulanıb.

Məlumata əsasən, bəzi hallarda ev sahiblərinin ukraynalılara mənzil verməkdən imtina etməsi, eləcə də tibb xidmətlərində qərəzli davranışlar hesabatda öz əksini tapıb.

Qeyd edilib ki, hesabatda 2025-ci ildə Polşada keçirilən seçkilərinin ictimai diskursda ukraynalılara qarşı ritorikanı daha da sərtləşdirdiyi vurğulanır. Mühafizəkar namizəd Karol Navroki və ifrat sağçı namizəd Slavomir Mentzenin seçki kampaniyalarında Ukrayna ilə bağlı sərt mövqe sərgiləməsi bu tendensiyaya təsir edən amillərdən biri kimi göstərilir.

Bununla yanaşı, Polşanın 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra əsas sığınacaq ölkələrindən biri olduğu xatırladılır. Lakin son sorğular ictimai dəstəyin zəiflədiyini və sosial rifah, iş bazarında rəqabət və tarixi narazılıqlar fonunda ukraynalılara qarşı rəğbətin azaldığını göstərir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…

Salam! Mən OMM Bot. Bu gün nə baş verdiyini qısa deyim?