Əsas məzmuna keç

Peruda prezident seçkiləri: Keiko Fuximori rəqibini geridə qoydu

Peruda prezident seçkiləri: Keiko Fuximori rəqibini geridə qoydu

Peru Milli Seçki Prosesləri Ofisi səslərin hesablanmasını yekunlaşdırıb; Keiko Fuximori 50,135% səslə liderliyə yüksəlib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Peruda keçirilən seçkilərinin ikinci turunda səslərin hesablanması prosesi başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ölkənin Milli Prosesləri (ONPE) tərəfindən açıqlanan yekun nəticələrə əsasən, “Keiko Fujimori” 50,135% səs toplayaraq 9 223 396 seçicinin dəstəyini qazanıb. Onun rəqibi, solçu namizəd “ Sanchez” isə 49,865% səs (9 173 755 səs) əldə edib.

Məlumata görə, səslərin hesablanması prosesi yekunlaşsa da, ölkənin Milli Seçki Münsiflər Heyəti (JNE) rəsmi nəticələri iyulun 3-də elan edəcək.

“Keiko Fujimori” platforması “X” hesabında paylaşım edərək uzun və gərgin seçki prosesinin başa çatmasını alqışladığını bildirib və rəsmi nəticəni “böyük təvazökarlıq, ehtiyat və məsuliyyətlə” gözlədiyini qeyd edib.

Bildirilib ki, seçkinin nəticələri ilə razılaşmayan “Roberto Sanchez” saxtakarlıq iddiaları irəli sürərək heç bir sübut təqdim etmədən nəticələri qəbul etmədiyini açıqlayıb. O, “Keiko Fujimori”nin rəhbərlik edəcəyi hökuməti tanımayacağını bildirib və rəsmi elan öncəsi məhkəməyə müraciət etməyi planlaşdırdığını qeyd edib.

Paytaxt Limada tərəfdarların etiraz aksiyaları keçirilərkən, ölkədə siyasi gərginliyin davam edəcəyi ilə bağlı narahatlıqlar artır.

Qeyd edək ki, 51 yaşlı “Keiko Fujimori”nin iyulun 28-də vəzifəsinin icrasına başlaması gözlənilir. O, qalib elan olunacağı təqdirdə, 2016-cı ildən bu yana Perunun 10-cu prezidenti olacaq. Keçmiş prezident Alberto Fujimorinin qızı olan siyasətçi dördüncü cəhdində prezidentlik uğurunu qazanmış sayılır.

Seçkiqabağı kampaniyasında Fujimori ölkədə birliyi gücləndirmək, cinayətkarlıqla mübarizə aparmaq və sosial bərabərsizliyi azaltmaq vədləri verib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…

Salam! Mən OMM Bot. Bu gün nə baş verdiyini qısa deyim?