Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Tramp seçkilərlə bağlı məxfi sənədlərin açıqlanmasını tapşırdı

1 dəq
Paylaş:
Tramp seçkilərlə bağlı məxfi sənədlərin açıqlanmasını tapşırdı

ABŞ Prezidenti seçki prosesinə mümkün xarici müdaxilə ilə bağlı məxfi sənədlərin ictimaiyyətə açıqlanmasını tapşırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, , Çin, İran və Şimali Koreyanın ABŞ-nin seçki infrastrukturuna təsir göstərmək imkanına malik olduğunu bildirib. O, mövcud məxfi məlumatların seçki təhlükəsizliyi ilə bağlı ciddi riskləri ortaya qoyduğunu edib.

Tramp həmçinin Çini 220 milyon amerikalı seçicinin şəxsi məlumatlarını qanunsuz əldə etməkdə ittiham edib və Pekinin 2018-ci il aralıq seçkilərinə, eləcə də 2020-ci il seçkilərinə təsir göstərməyə çalışdığını deyib.

Onun sözlərinə görə, federal seçkilərdə səsvermə üçün qeydiyyatdan keçmiş təxminən 278 min nəfərin ABŞ vətəndaşı olmadığı müəyyən edilib. Tramp bu rəqəmin daha yüksək ola biləcəyini iddia edərək, məsul şəxslərin cəzalandırılmasını tələb edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax