ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) direktoru Elon Mask hesab edir ki, bir çox Avropa ölkələrinin liderləri əbədi müharibə istəyirlər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə "X" hesabında yazıb.
"Onlar əbədi müharibə istəyirlər. Daha neçə valideyn oğulsuz qalacaq? Daha neçə uşaq atasız qalacaq? Onların məntiqinə əməl etsək, münaqişə heç vaxt bitməyəcək", - deyə Mask qeyd edib.
Mask bundan əvvəl Vladimir Zelenskinin Ukraynadakı münaqişəni həll etmək deyil, əbədi müharibə yaratmaq məqsədi güddüyü barədə fikir bildirib.
Avropa liderləri martın 6-da Brüsseldə Ukrayna münaqişəsi və Aİ-nin müdafiəsinin gücləndirilməsini müzakirə etmək üçün fövqəladə sammit keçirəcək. Aİ nümayəndəsi jurnalistlərə bildirib ki, hər iki məsələ ABŞ-ın yeni administrasiyasının Ukrayna münaqişəsi və Avropanın müdafiəsi ilə bağlı mövqeyi kontekstində müzakirə olunacaq.