İngiltərə Premyer Liqasının nəhəngi “Mançester Yunayted” "Real Madrid"in braziliyalı ulduzu Vinisius Junioru transfer etmək niyyətindədir.
"Operativ Məlumat Mərkəzi-OMM" "Topskills Sports UK" nəşrinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 25 yaşlı hücumçuya ağlasığmaz müqavilə şərtləri irəli sürüblər.
Mənbə qeyd edir ki, Mançester təmsilçisi braziliyalı futbolçunu "Old Trafford"a gətirmək üçün ona illik 23 milyon avro maaş təklif edib.
Lakin ulduz futbolçu ilə maraqlanan tək klub bu deyil. "Mançester Siti"nin də oyunçuya böyük maraq göstərdiyi bildirilir.
Vinisius Juniorun "kral klubu" ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Lakin futbolçunun hələ də yeni sözləşməyə imza atmaması onun gələn yay komandadan ayrılma ehtimalını gücləndirir. Cari mövsümdə Vinisius bütün turnirlərdə çıxdığı 34 matçda 10 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.