Niderland millisinin və “Sanderlend”in hücumçusu Brayan Brobbinin karyerasını İngiltərə Premyer Liqasının nəhəng klublarından birində davam etdirmək ehtimalı yaranıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “Football365” bu barədə məlumat yayıb.
Mənbənin yazdığına görə, 24 yaşlı forvardın transferində “Mançester Yunayted” maraqlıdır.
Keçidin qış transfer pəncərəsində rəsmiləşdirilə biləcəyi bildirilir. Razılaşmanın məbləğinin 50 milyon avro olacağı gözlənilir.
Brobbinin “Sanderlend”də göstəriciləri
Brayan Brobbi 2025-ci ildən “Sanderlend”in formasını geyinir. Niderlandlı futbolçunun klubla müqaviləsi 2029-cu il iyunun sonuna qədər qüvvədədir.
O, cari mövsümdə İngiltərə Premyer Liqasında beş oyuna çıxıb və üç qol vurub.