“Kristal Pelas”ın sol cinah müdafiəçisi Tayrik Mitçell yanvar transfer pəncərəsində klubunu dəyişə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə insayder Ekrem Konur sosial şəbəkələrdə məlumat yayıb.
Üç klub mübarizə aparır
Futbolçunun transferi uğrunda mübarizədə “Mançester Yunayted”in öndə olduğu qeyd edilir. “Liverpul” və Londonun “Çelsi” klubları da Mitçellə maraqlanır.
Daha əvvəl Turin “Yuventus”unun da 25 yaşlı müdafiəçini transfer etmək istədiyi barədə məlumat yayılmışdı. Potensial razılaşmanın məbləği 23-28 milyon avro aralığında qiymətləndirilir.
Mitçellin mövsüm göstəriciləri
Mitçell bu mövsüm İngiltərə Premyer Liqasında beş oyunda iştirak edib və iki qol vurub. Müdafiəçinin “Kristal Pelas”la müqaviləsi gələn ilin yayında başa çatır.