Operativ Məlumat Mərkəzi

Maliyyə Nazirliyi QHT-lərə müraciət edib

1 dəq
Paylaş:
Maliyyə Nazirliyi QHT-lərə müraciət edib
bu barədə nazirliyin QHT-lərə müraciətində bildirilir. Müraciətdə həmçinin deyilir ki, “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması,...

"Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunun 29.4-cü maddəsinə görə, QHT-lər illik maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə nazirliyin QHT-lərə müraciətində bildirilir.

Müraciətdə həmçinin deyilir ki, “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib: "Bundan başqa, Nazirlik QHT-lərdən illik maliyyə hesabatlarının elektron alınması məqsədilə Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq Proqramı hazırlayıb. www.qht-hesabat.maliyye.gov.az sayt vasitəsilə qeydiyyatdan keçərək elektron qaydada hesabatlarınızı təqdim edə bilərsiniz.

Maliyyə hesabatlarının təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər