Operativ Məlumat Mərkəzi

Makron Trampın tarif təhdidlərinə cavab verdi

2 dəq
Paylaş:
Makron Trampın tarif təhdidlərinə cavab verdi
Fransa Prezidenti Emmanuel Makron ABŞ-ın yeni tarif təhdidlərini mənasız adlandıraraq, Avropanın muxtariyyətini müdafiə edib.

Fransa Prezidenti ABŞ prezidenti Donald Trampın təhdidlərinə kəskin reaksiya verib.

"Operativ Məlumat Mərkəzi-OMM" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, Makron Avropa İttifaqının bu cür "mənasız təcavüzə" reaksiya verməli olduğu fikrini "divanəlik" adlandırıb.

Fransa lideri qeyd edib ki, qlobal disbalansların aradan qaldırılması üçün Avropa daha güclü və strateji baxımdan daha müstəqil olmalıdır.

O, münasibətlərdə təzyiq metodlarına deyil, hüququn aliliyinə verdiklərini vurğulayıb:

"Biz dünyada daha çox iqtisadi artım və sabitliyə ehtiyac olduğunu düşünürük. Lakin biz xuliqanlıqdan daha çox hörmətə, qəddarlıqdan isə hüququn aliliyinə üstünlük veririk. Avropaya xoş gəlmisiniz, Fransada sizi görməyə şadıq".

Makron vurğulayıb ki, hazırkı şəraitdə müttəfiqləri əlavə gömrük rüsumları ilə hədələmək heç bir məntiqə sığmır.

Qeyd edək ki, bundan əvvəl Donald Tramp Makronla olan şəxsi yazışmalarını ictimailəşdirmişdi. Həmin mesajlarda Fransa prezidenti amerikalı həmkarının Qrenlandiya ilə bağlı yürütdüyü siyasəti anlamadığını ifadə etmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax