Fransa Prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampın tarif təhdidlərinə kəskin reaksiya verib.
"Operativ Məlumat Mərkəzi-OMM" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, Makron Avropa İttifaqının bu cür "mənasız təcavüzə" reaksiya verməli olduğu fikrini "divanəlik" adlandırıb.
Fransa lideri qeyd edib ki, qlobal disbalansların aradan qaldırılması üçün Avropa daha güclü və strateji baxımdan daha müstəqil olmalıdır.
O, beynəlxalq münasibətlərdə təzyiq metodlarına deyil, hüququn aliliyinə üstünlük verdiklərini vurğulayıb:
"Biz dünyada daha çox iqtisadi artım və sabitliyə ehtiyac olduğunu düşünürük. Lakin biz xuliqanlıqdan daha çox hörmətə, qəddarlıqdan isə hüququn aliliyinə üstünlük veririk. Avropaya xoş gəlmisiniz, Fransada sizi görməyə şadıq".
Makron vurğulayıb ki, hazırkı şəraitdə müttəfiqləri əlavə gömrük rüsumları ilə hədələmək heç bir məntiqə sığmır.
Qeyd edək ki, bundan əvvəl Donald Tramp Makronla olan şəxsi yazışmalarını ictimailəşdirmişdi. Həmin mesajlarda Fransa prezidenti amerikalı həmkarının Qrenlandiya ilə bağlı yürütdüyü siyasəti anlamadığını ifadə etmişdi.