Əsas məzmuna keç

Merts və Makron Aİ iqtisadiyyatını necə xilas edəcək?

Merts və Makron Aİ iqtisadiyyatını necə xilas edəcək?

Fridrix Merts və Emmanuel Makron Belçika sammitində Aİ iqtisadiyyatını dirçəltmək üçün anlaşdılar. Çin və ABŞ-a qarşı hansı kəskin addımlar atılacaq? Detallar xəbərdə.

en ru

Almaniya kansleri və Fransa prezidenti Emmanuel Avropa iqtisadiyyatının dirçəldilməsi tədbirləri ilə bağlı ortaq fikirlərini vurğulayıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Merts ötən gün Belçikada keçirilən qeyri-rəsmi Aİ liderləri sammiti çərçivəsində Makronla birgə çıxışında deyib ki, onlar Avropa İttifaqının daha sürətli olmasını istəyir.

"Biz onun daha yaxşı olmasını istəyirik. Hər şeydən əvvəl, Avropada rəqabətli sənayemizin olmasını təmin etmək istəyirik", - o qeyd edib.

Fransa Prezidenti də qeyd edib ki, o və Merts Avropa tərəfindən qətiyyətli tədbirlərin görülməsinin vacibliyi barədə fikirlərini bölüşürlər.

Qeyd edək ki, Belçikanın Alden-Biesen qəsrində keçirilən qeyri-rəsmi sammit bürokratiya, vahid Avropa bazarındakı maneələr, yüksək qiymətləri və və ABŞ-dan artan rəqabət səbəbindən çətinlik çəkən Aİ iqtisadiyyatının rəqabət qabiliyyətinə yönəlib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…