Operativ Məlumat Mərkəzi

"ABŞ-yə qarşı güc tətbiqindən çəkinməyəcəyik"

2 dəq
Paylaş:
"ABŞ-yə qarşı güc tətbiqindən çəkinməyəcəyik"
Danimarkanın Baş naziri Mette Frederiksen Donald Trampın Qrenlandiya ilə bağlı təhdidlərinə sərt reaksiya verərək, hərbi variantın istisna edilmədiyini bildirib.

Danimarkanın Baş naziri paytaxt Kopenhagendə verdiyi bəyanatda ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı "ələ keçirmək" planlarını və bu istiqamətdəki təhdidlərini yaxından izlədiklərini vurğulayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, Trampın hərbi güc tətbiqi ehtimalını gündəmə gətirməsinə qarşı Danimarkanın da adekvat addımlar atacağını qeyd edib.

"Biz də eyni addımı atmaqdan ".

bildirib ki, ABŞ tərəfindən hərbi müdaxilə ehtimalı yaranarsa, Danimarka da öz maraqlarını qorumaq üçün güc tətbiq etməkdən geri durmayacaq.

Baş nazir bu vəziyyətin ABŞ Prezidentinin bəyanatlarının təbii nəticəsi olduğunu deyib. O, həmçinin Qrenlandiyada hərbi təlimlərin artırıldığını və bunun NATO-nun "Arktika Dayanıqlılıq Əməliyyatı" çərçivəsində həyata keçirildiyini diqqətə çatdırıb.

Qeyd edək ki, Qrenlandiyanın ABŞ-nin milli təhlükəsizliyi və "Qızıl Qübbə" layihəsi üçün strateji əhəmiyyət kəsb etdiyini iddia edir. Adanın satılmasına qarşı çıxan səkkiz Avropa ölkəsinə (Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Niderland və Finlandiya) qarşı ağır iqtisadi sanksiyalar elan edilib.

Bu sanksiyaların Qrenlandiyanın tamamilə satın alınmasına dair razılaşma əldə olunana qədər qüvvədə qalacağı bildirilir.

Xatırladaq ki, Danimarka Krallığının tərkibində muxtar bölgə olan suverenliyin ABŞ-a verilməsi ilə bağlı bütün təklifləri qəti şəkildə rədd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax