Əsas məzmuna keç

Danimarka ABŞ-yə sərt xəbərdarlıq edib

Danimarka ABŞ-yə sərt xəbərdarlıq edib

Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen Donald Trampın Qrenlandiya ilə bağlı təzyiqlərinə və tətbiq edilən rüsumlara kəskin reaksiya verib.

en ru

Danimarkanın naziri Lars Lökke Rasmussen krallığın keçilməz "qırmızı xətləri" olduğunu bəyan edərək Vaşinqtona ciddi xəbərdarlıq edib.

"Operativ Məlumat Mərkəzi-OMM" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, diplomat beynəlxalq hüquqa inanan bütün tərəfləri Trampa bu yolun yanlış olduğunu göstərməyə çağırıb.

Nazir vurğulayıb ki, ABŞ-nin rüsum təhdidlərinə təkcə deyil, bütün Avropa vahid mövqedən cavab verəcək.

Danish PM resigns after left-wing Social Democrats triumph in polls - France 24

Rasmussenin sözlərinə görə, ötən həftə Danimarka, və ABŞ məsələni sosial şəbəkələrdən danışıqlar masasına keçirmək barədə razılığa gəlsələr də, Ağ Ev rəhbərinin son bəyanatları bu prosesə ciddi zərbə vurub.

Diplomat qeyd edib ki, hazırkı məqamda Avropa İttifaqı və müttəfiqlərinin ərazi bütövlüyü və suverenlik prinsiplərini qoruması olduqca vacibdir. O bildirib ki, Trampın öz baxışı ola bilər, lakin o, Kopenhagenə təzyiq göstərməklə heç vaxt istədiyinə nail ola bilməyəcək.

Xatırladaq ki, yanvarın 17-də ABŞ Prezidenti Qrenlandiya ətrafındakı vəziyyətlə əlaqədar bir sıra Avropa ölkələrinə qarşı gömrük rüsumlarının tətbiq edildiyini açıqlayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…