Əsas məzmuna keç

Xorvatiya Qrenlandiya məsələsində vahid Avropa mövqeyini dəstəkləyir

Xorvatiya Qrenlandiya məsələsində vahid Avropa mövqeyini dəstəkləyir

Zaqreb ABŞ-ın Qrenlandiya ilə bağlı təhdidlərinə qarşı Danimarkanın ərazi bütövlüyünü müdafiə edərək, problemin dialoq yolu ilə həllinə çağırıb.

en ru

hökuməti Qrenlandiyanın Danimarkanın ayrılmaz hissəsi olduğunu bəyan edərək, adanın mənsubiyyəti ilə bağlı ABŞ-nin irəli sürdüyü iddialara qarşı vahid Avropa yanaşmasının tərəfdarı olduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbərinə görə, Zaqreb rəsmiləri vurğulayıblar ki, NATO daxilindəki müttəfiqlər bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmalıdırlar.

"Xorvatiya hökumətinin mövqeyi aydındır: Danimarkanın tərkib hissəsidir. Biz ABŞ-ın bəyanatları reallaşacağı təqdirdə Avropanın əlaqələndirilmiş və vahid mövqe nümayiş etdirməsini dəstəkləyirik" - deyə hökumətin mətbuat xidmətinin məlumatında qeyd olunub.

Xatırladaq ki, ABŞ Prezidenti hesabında etdiyi paylaşımda Qrenlandiyanın Vaşinqton tərəfindən "tam və qəti şəkildə satın alınması" barədə razılıq əldə olunana qədər bir sıra Avropa ölkələrinə, o cümlədən , Almaniya, Böyük Britaniya və Fransaya 10 faizlik gömrük rüsumlarının tətbiq ediləcəyini bildirib. Fevralın 1-dən qüvvəyə minəcək bu rüsumların iyunun 1-dən etibarən 25 faizə qaldırılması planlaşdırılır.

Trampın fikrincə, Qrenlandiyaya sahib olmaq ABŞ-nin milli təhlükəsizliyi və "Qızıl Qübbə" (Golden Dome) raketdən müdafiə sisteminin səmərəli yerləşdirilməsi üçün strateji əhəmiyyət kəsb edir. Lakin Xorvatiya rəhbərliyi Arktika regionundakı təhlükəsizlik narahatlıqlarının Danimarkanın suverenliyinə xələl gətirmədən, dialoq vasitəsilə aradan qaldırıla biləcəyinə inanır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…