Əsas məzmuna keç

Makron daxili işlər nazirinin istefasını rədd edib

Makron daxili işlər nazirinin istefasını rədd edib

bu barədə Fransa mətbuatı məlumat yayıb. Belə ki, aşağı palatada müzakirələrin ilk günündə qanun layihəsinin rədd edilməsi, təfərrüatları bir ildən çox...

Fransanın daxili işlər naziri Darmanin dünən mübahisəli immiqrasiya qanun layihəsinin Milli Assambleya tərəfindən rədd edilməsindən sonra istefa təklif etsə də, Emmanuel onun istefa tələbini qəbul etməyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Belə ki, aşağı palatada müzakirələrin ilk günündə qanun layihəsinin rədd edilməsi, təfərrüatları bir ildən çox müzakirə edilən və dəqiqləşdirilən hökumət üçün sarsıdıcı məğlubiyyət olub.

Senatda da səsvermədən keçən qanun Fransa ərazisində cinayət törətmiş əcnəbilərin deportasiyasını sürətləndirmək məqsədi daşıyır və bəzi hallarda sənədsiz işçilərin leqallaşdırılması tədbirləri də daxildir.

Darmanin TF1 kanalına müsahibəsində hökumətin məğlubiyyətini etiraf edib.

"Bu, əlbəttə ki, uğursuzluqdur, çünki mən məmurlarına, jandarmlara və hakimlərə qeyri-qanuni immiqrasiyaya qalib gəlmək üçün alətlər vermək istədim",- deyə qeyd edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…