Operativ Məlumat Mərkəzi

Makron Böyük Britaniyaya səfər edib

1 dəq
Paylaş:
Makron Böyük Britaniyaya səfər edib
bu barədə Makron “X” hesabında bildirib. Bu, “Brexit”dən sonra Aİ üzvü olan dövlətin başçısının, eyni zamanda, 2008-ci ildə Nikola Sarkozidən sonra...

Fransa Prezidenti Emmanuel Makron Kral III Çarlzın dəvəti üzrə həyat yoldaşı ilə birlikdə Böyük Britaniyaya üç günlük dövlət səfərinə gedib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Makron “X” hesabında bildirib.

Bu, “Brexit”dən sonra Aİ üzvü olan dövlətin başçısının, eyni zamanda, 2008-ci ildə Nikola Sarkozidən sonra Fransa Prezidentinin Britaniyaya ilk səfərdir.

Səfər zamanı Vindzor qəsrində kral III Çarlz Makronu qəbul edəcək, Baş nazir Kir Starmer Fransa lideri ilə immiqrasiya məsələlərinə həsr olunmuş görüş keçirəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər