Macarıstan iki həftə ərzində Ukraynada sülhün bərqərar olmasını gözləyir

Macarıstan iki həftə ərzində Ukraynada sülhün bərqərar olmasını gözləyir
18.03.2025 12:50
Aa
dəq

Macarıstan ümid edir ki, Rusiya və ABŞ arasında Ukrayna ilə bağlı danışıqlar uğurla nəticələnəcək və iki həftə ərzində Avropaya sülh qayıdacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto çıxışı zamanı deyib.

"Ümid edirik ki, bir neçə həftədən sonra biz Mərkəzi Avropada  sülhün bərpasını qeyd edə biləcəyik", - Xarici İşlər Nazirliyinin rəhbəri Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlara münasibət bildirib.

"Biz bu danışıqların başlanmasına çox şadıq. Səudiyyə Ərəbistanında ABŞ və Rusiya, daha sonra isə ABŞ və Ukrayna arasında danışıqların aparıldığını görməkdən məmnun olduq. Ümid edirik ki, bu görüşlər tezliklə atəşkəs haqqında razılaşmaya və Ukraynadakı münaqişənin həlli üçün sülh danışıqlarına başlanmasına gətirib çıxaracaq. Çünki biz Mərkəzi Avropaya sülhün qayıtmasını istəyirik", - Siyarto qeyd edib.

Həftənin ən çox oxunanları