Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, ölkəsi avronu qəbul etməməlidir. O, Avropa İttifaqının hazırda ciddi problemlərlə üzləşdiyini və dağılma mərhələsinə daxil olduğunu deyib.
"Operativ Məlumat Mərkəzi-OMM xəbər verir ki, o, bu barədə ''EconomX' iqtisadi xəbər portalına verdiyi müsahibədə qeyd edib.
“Avropa İttifaqı problem içindədir, parçalanma prosesindədir, sadəcə olaraq dağılır”, – Orban deyib.
Baş nazirin fikrincə, əgər radikal dəyişikliklər baş verməzsə, bu proses davam edəcək və nəticədə Avropa İttifaqı Macarıstan üçün sadəcə “keçmiş mərhələyə” çevriləcək.
Orban əlavə edib ki, Macarıstanın taleyinin Aİ ilə indiki kimi daha sıx bağlı olmasını istəməzdi və bu baxımdan avronun qəbul edilməsi ölkənin maraqlarına uyğun deyil.
O, həmçinin qeyd edib ki, ABŞ-nin keçmiş Prezidenti Donald Trampın hakimiyyəti dövründən bəri Macarıstan təxminən 150 milyard forint (təxminən 390 milyon avro) dəyərində Amerika sərmayəsi cəlb edib. Baş nazirin fikrincə, bu da Macarıstanın iqtisadi siyasətində Qərbdən daha müstəqil yanaşma nümayiş etdirməsinin göstəricisidir.