Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Zelenski Moskvaya hücumların Kiyevə cavab olduğunu açıqladı

2 dəq
Paylaş:
Zelenski Moskvaya hücumların Kiyevə cavab olduğunu açıqladı

Prezidenti Volodimir Zelenski bildirib ki, iyunun 18-nə keçən gecə Moskva və Moskva vilayətinə edilən genişmiqyaslı pilotsuz aparatlarının hücumu Rusiyanın son vaxtlar Kiyevə qarşı həyata keçirdiyi zərbələrə cavab olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Zelenski bildirib ki, əgər Prezidenti Vladimir Putin müharibəni dayandırmaq istəmirsə və onu davam etdirmək niyyətindədirsə, Ukrayna cavabsız qalmayacaq.

“Ukrayna yanacaqsa, Moskva da yanacaq”, - o vurğulayıb.

Ukrayna lideri xatırladıb ki, iyunun 15-də Rusiyanın Kiyevə endirdiyi zərbələr nəticəsində 5 nəfər həlak olub:

"Həmin hücum zamanı "Kyiv Pechersk Lavra" kompleksinin əsas məbədi olan Kilsəsində də güclü yanğın baş verib. Məbəd Dünya İrsi siyahısına daxildir".

Zelenski bildirib ki, hücumlardan sonra məbədi ziyarət edib və buna cavab veriləcəyini bəyan edib.

Bununla yanaşı, Ukraynanın müharibənin başa çatmasını istədiyini də vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax