İspaniya millisinin baş məşqçisi Luis de la Fuente “Liverpul”un və Almaniya yığmasının yarımmüdafiəçisi Florian Virtzı öz komandasının heyətində görmək istədiyini bildirib.
De la Fuente bu fikri “Bild”ə açıqlamasında səsləndirib. O, Almaniya millisindən hansı futbolçunu İspaniya yığmasında görmək istəyəcəyi ilə bağlı suala belə cavab verib: “Florian Virtz — o, möhtəşəm futbolçudur. Təəssüf ki, onun İspaniya pasportu yoxdur”.
Qeyd edək ki, İspaniya millisi dünya və Avropa çempionudur. İspanlar Millətlər Liqasının ikinci turunda sentyabrın 29-da evdə Xorvatiyanı 4:1 hesabı ilə məğlub ediblər.