Milli Məclis "Azərbaycan Respublikası Hökuməti və Ukraynanın Nazirlər Kabineti arasında "Hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında Saziş"ə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Ukraynanın Nazirlər Kabineti arasında Protokol"u təsdiqləyib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, sənəd parlamentin payız sessiyasının bugünkü - ilk iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsinə əsasən, 2025-ci il dekabrın 16-da Kiyev şəhərində və 2026-cı il aprelin 23-də Bakı şəhərində imzalanmış protokol təsdiq edilib.