Əsas məzmuna keç

Londonda İranın 4 casusu həbs edildi

Londonda İranın 4 casusu həbs edildi

Britaniya paytaxtında kəşfiyyat xidmətinə işləyən şəxslər saxlanıldı. Sky News bildirir ki, hədəfdə yəhudi icması olub. Helen Flanaqanın sensasion açıqlaması...

en ru

Böyük Britaniyanın paytaxtında İranın xeyrinə casusluqda şübhəli bilinən dörd nəfər edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” "Sky News"a istinadən xəbər verir ki, London polisi casusluqla bağlı aparılan istintaq tədbirləri çərçivəsində şübhəliləri saxlayıb.

Həbs edilən şəxslər İranın xidmətinə kömək etməkdə ittiham olunurlar. İttihamnamədə qeyd olunur ki, onlar Londonun yəhudi icması ilə əlaqəli obyektləri və konkret şəxsləri izləyiblər.

Londonun antiterror polisinin rəhbəri Helen Flanaqan bildirib ki, bu həbslər uzunmüddətli istintaqın mühüm bir hissəsidir.

"Biz başa düşürük ki, ictimaiyyət, xüsusilə yəhudi icmasının nümayəndələri narahat ola bilər. Həmişə olduğu kimi, mən onlardan sayıq olmağı və şübhəli bir şey görəndə bizə xəbər verməyi xahiş edirəm", - deyə rəsmisi vurğulayıb.

Rəsmi məlumata görə, saxlanılanlardan biri İran vətəndaşı, digər üçü isə Britaniya-İran ikili vətəndaşlığına malik şəxslərdir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…