Operativ Məlumat Mərkəzi

Liviya Baş nazirinin evinə silahlı hücum edilib

1 dəq
Paylaş:
Liviya Baş nazirinin evinə silahlı hücum edilib
bu barədə “Reuters“ məlumat yayıb. Məlumata görə, hücum edən şəxslər dənizdən atəş açıblar. Tripolidəki binaya cüzi ziyan dəyib, itki yoxdur. Qısa müddət...

Naməlum şəxslər Liviyanın Baş naziri Abdel Hamid Dbeybanın iqamətgahına silahlı hücum ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Məlumata görə, hücum edən şəxslər dənizdən atəş açıblar. Tripolidəki binaya cüzi ziyan dəyib, itki yoxdur.

Qısa müddət ərzində hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb olunub.

Atışma zamanı Dbeybanın özünün iqamətgahda olub-olmaması barədə məlumat yoxdur.

Hücum edənlərin kimliyi və hadisənin səbəbləri barədə məlumat hələlik açıqlanmır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər