Əsas məzmuna keç

İran Trampın Xark adasını məhv etmək iddiasını təkzib etdi

İran Trampın Xark adasını məhv etmək iddiasını təkzib etdi

İran Milli Neft Şirkətinin rəhbəri Həmid Bovard ABŞ-ın neft ixrac mərkəzi ilə bağlı iddiasına cavab verdi. Görəsən, regionda neft hasilatı davam edirmi?

en ru

İran Milli Şirkətinin baş direktoru Bovard ABŞ Prezidenti Trampın adasının “parça-parça edildiyi” barədə açıqlamasını təkzib edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bovard Xark adasındakı vəziyyətin sakit olduğunu və neft hasilatı müəssisələrinin fəaliyyətini davam etdirdiyini bildirib.

“Trampın tvitləri absurddur. Xarkda vəziyyət sakitdir”, - İran Milli Neft Şirkətinin rəhbəri bildirib.

Bovard qeyd edib ki, Xark adası daha əvvəl də ABŞ və İsrail qüvvələrinin dəfələrlə bombardmanlarına məruz qalıb, buna baxmayaraq, neft sənayesi əməkdaşları adadakı fəaliyyətin bir dəqiqə belə dayandırılmasına imkan verməyiblər.

Onun sözlərinə görə, hazırda podratçı şirkətlər adada neft saxlama çənlərinin və yanalma qurğularının bərpası və modernləşdirilməsi işlərini həyata keçirirlər.

Qeyd edək ki, İranın neft ixracının təxminən 90 faizinin həyata keçirildiyi Xark adası ABŞ Prezidenti Donald tərəfindən “parça-parça edilmiş” ərazi kimi təsvir olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…