Məhəmməd Salah cari mövsümün sonunda "Liverpul"u tərk edə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, misirli futbolçunun “qırmızılar”la müqaviləsi 2025-ci ilin yayında başa çatır.
İngiltərə klubu Salahın yerinə oyunçu axtarmağa başlayıb.
"Liverpul" "Real Madrid"in və Braziliya millisinin hücumçusu Rodriqo ilə maraqlanır. Futbolçunun transfer dəyəri 110 milyon avro olaraq qiymətləndirilir.
Hücumçunun "Los Blancos" ilə əmək müqaviləsi 2028-ci ilin iyun ayının sonunda başa çatır.