“Liverpul” heyətini gücləndirmək üçün transfer planları hazırlayır.
"Operativ Məlumat Mərkəzi-OMM" “Football Insider” nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi “Real”ın yarımmüdafiəçisi Orelyen Tçuamenini transfer etməyə cəhd göstərə bilər.
İngiltərə klubu bu keçidi 2027-ci ildə reallaşdırmağı nəzərdən keçirir. “Liverpul” bununla orta sahəsini gücləndirməyi planlaşdırır.
Transferin reallaşması çətin görünür
Danışıqların asan olmayacağı bildirilir. Buna səbəb Tçuameninin “Real”da mühüm rol oynamasıdır.
“Transfermarkt” portalı 26 yaşlı fransalı futbolçunun bazar dəyərini 70 milyon avro qiymətləndirir. Tçuameni “Real”ın heyətində 199 matç keçirib, 7 qol vurub və 8 məhsuldar ötürmə edib.