Əsas məzmuna keç

Litvada Rusiya dövlət nömrə nişanlı avtomobillərdən istifadə qadağan edilib

Litvada Rusiya dövlət nömrə nişanlı avtomobillərdən istifadə qadağan edilib

Rusiya dövlət nömrə nişanlı avtomobillərdən istifadə edənlər qanunvericiliyi pozmuş hesab olunacaq və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq...

Litvada diplomatik avtomobillər və üzərindən Rusiyanın vilayətinə gedib-gələn vasitələri istisna olmaqla, dövlət nişanlı avtomobillərdən istifadə qadağan olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Rusiya dövlət nömrə nişanlı avtomobillərdən istifadə edənlər qanunvericiliyi pozmuş hesab olunacaq və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar.

Açıqlamada, Litvada təxminən 50 Rusiya nömrəli avtomobilin olduğu və bu vasitələrin sahiblərinin 6 min 561 dollara qədər pul cəzası ilə üzləşdiyi və ölkəni tərk etmədikləri təqdirdə bu vasitələrin müsadirə ediləcəyi bildirilib.

Bildirilib ki, Rusiyanın Kalininqrad vilayətinə Litva üzərindən səfər edən və ya bu bölgədən gələn Rusiya vətəndaşları müvafiq sənədlərə malik olmaq və Litva ərazisindən tranzit 24 saatdan çox davam etməmək şərti ilə qadağadan azad olunacaqlar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…